Modern.az

Türk Evinin qarşısında Qurana qarşı təxribat 

Türk Evinin qarşısında Qurana qarşı təxribat 

Dünya

9 Sentyabr 2023, 00:43

Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğunun qarşısında müqəddəs Qurani-Kərim kitabına qarşı hörmətsizlik edilib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 10.46 radələrində baş verib.

 

Türk Evinin binasının əsas girişinin qarşısında naməlum şəxs kitabı yerə ataraq təpikləməyə başlayıb.

 

Türk Evinin mühafizəçiləri cəld binadan çıxıb, hadisəyə müdaxilə edib və şəxsiyyəti məlum olmayan şəxsi binanın arşısından uzaqlaşdırıblar.

 

Bildirilib ki, Nyu-York Polis Departamenti (NYPD) və Diplomatik Təhlükəsizlik Xidməti (DSS) hadisə ilə əlaqədar məlumatlandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu