Modern.az

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 32 nəfərə çatdı

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 32 nəfərə çatdı

Dünya

10 Sentyabr 2023, 13:30

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasındakı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

 

Bildirilib ki, ölənlərdən daha birinin meyiti Çançaxi çayının yatağında tapılıb. Daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.

 

Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə əlaqədar avqustun 7-də Gürcüstanda matəm elan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu