Modern.az

Pakistan Əfqanıstanla sərhədi BAĞLADI

Pakistan Əfqanıstanla sərhədi BAĞLADI

Dünya

10 Sentyabr 2023, 17:21

Pakistan Əfqanıstanla sərhəddəki ən böyük sərhəd-keçid məntəqəsi olan Torhamı bağlayıb.


Modern.az "Reuters"ə istinadən xəbər verir ki, Əfqanıstandakı Taliban hökuməti bu həftə təhlükəsizlik qüvvələri arasında toqquşmalardan sonra sərhəd-keçid məntəqəsinin bağlanılmasına görə Pakistanı tənqid edib, bunun biznes üçün böyük itki olduğunu bəyan edib.

 

Taliban Hərəkatı iddia edib ki, qarşıdurma Pakistan tərəfinin sərhəd yaxınlığındakı köhnə mühafizə postunu bərpa edən Əfqanıstan təhlükəsizlik qüvvələrini atəşə tutmasından sonra başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı