Modern.az

İrəvan metrosu bir gün işləməyəcək

İrəvan metrosu bir gün işləməyəcək

Dünya

24 Sentyabr 2023, 11:39

Ermənistanın paytaxtı İrəvan şəhərində metro texniki səbəblərə görə işləməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə metronun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

 

Bildirilib ki, metro gün ərzində sərnişinlər üçün əlçatan olmayacaq.

 

“Hörmətli sərnişinlər, nəzərinizə çatdırırıq ki, texniki nasazlıqlara görə bu gün İrəvan metrosu bağlanacaq”, - məlumatda deyilir.

 

Ötən gün İrəvan metrosu stansiyalar arasında qatarın nasazlığı səbəbindən məhdudiyyətlərlə işləyirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!