Polşa baş naziri Mateuş Moraveyki Ukraynadan gələn digər məhsullara da embarqonun tətbiqi ehtimalına eyham vurub.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
“Əməkdaşlıq mexanizmi işlənib hazırlanmayana qədər biz şərqdən gələn bütün məhsullar üçün bu cür hərəkət edəcəyik, çünki Polşa fermerinin maraqları bizim milli maraqlarımıza uyğundur, bu bizim üçün ən vacib şeydir”, - Polşa hökumətinin başçısı vurğulayıb.
"Müharibənin nəticələrini Polşa kənd təsərrüfatı deyil, Rusiya ödəməlidir. Polşa Ukraynanı taxıl ixracı ilə bağlı ÜTT-dən şikayətini geri götürməyə çağırır", - o deyib.