Modern.az

Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - VİDEO

Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - VİDEO

Ölkə

18 Oktyabr 2026, 23:52

Baku TV-nin "Qarabağ xronikası" verilişinin budəfəki buraxılışında Xudafərin körpülərinin azad edilməsinin hərbi-strateji və tarixi əhəmiyyətindən bəhs olunub.

Modern.az-ın məlumatına görə, verlişdə bildirilib ki, 2020-ci ilin oktyabrında Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun Araz çayı boyunca qərbə doğru irəliləməsi üçün yeni imkanlar yaradıb. Düşmənin müdafiə xəttini yarmaq məqsədilə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları - "Dəniz pişikləri" Əmirvarlı və Soltanlı kəndləri istiqamətində əməliyyatlar keçirib. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri isə Dəlidağı və ətraf yüksəklikləri nəzarətə götürüb.

Qeyd olunub ki, mürəkkəb relyefə və güclü müqavimətə baxmayaraq, Azərbaycan bölmələrinin əlaqələndirilmiş fəaliyyəti düşmənin müdafiə sistemindəki mühüm mövqelərin sıradan çıxarılmasına, Xudafərinə gedən yolun açılmasına və Zəngilan istiqamətində hücumun inkişaf etdirilməsinə şərait yaradıb.

Vurğulanıb ki, 2020-ci il oktyabrın 18-də - Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsindən düz 29 il sonra Xudafərin körpüsündə Azərbaycan bayrağı qaldırılıb. Bu tarixi hadisə işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyinin bərpasının rəmzinə çevrilib.

 

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı