Modern.az

Rusiyada IT kadrları çatışmır - Süni intellekt kömək edir

Rusiyada IT kadrları çatışmır - Süni intellekt kömək edir

Dünya

27 Sentyabr 2023, 12:34

"Rostelekom" 2-3 il ərzində öz platforması əsasında süni intellektdən (AI) istifadə edərək proqram təminatının hazırlanmasını, verilənlərin analitikasını və sınaqlarını avtomatlaşdırmaq niyyətindədir.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, IT kadrlarının çatışmazlığı səbəbindən bu addıma gedilir.

 

"Hakimiyyət orqanlarının IT kadrlarının hazırlanmasına fəal şəkildə sərmayə qoyduğunu, iri şirkətlərin isə süni intellekt tətbiq etdiyini nəzərə alsaq, bazarda kadr artıqlığı yarana bilər ki, bu da əmək haqqının azalmasına səbəb olacaq", - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu