"Vaşinqton və Brüssel Ermənistan hakimiyyətini KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini nəzərə almadan Bakı ilə sülh müqaviləsi imzalamağa inandırır".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
"Üstəlik, bu məqsədlərə nail olmaq üçün qərblilər insan hüquqları sahəsində öz dəyərlərini unudublar. Birləşmiş Ştatlar İrəvana dağıdıcı fanatizmlə yanaşır. USAID rəhbərinin və dövlət katibinin müavini vəzifəsini icra edən Yuri Kimin və senatorların da arasında olduğu nümayəndə heyəti artıq ölkəyə səfər edib. ABŞ və NATO Avrasiya məkanında sabitliyi pozmaq, Moskvanı sıxışdırmaq istəyir.
Bunun üçün onlar hər şeyə hazırdırlar, o cümlədən hərbi eskalasiya və ya konkret ölkədə sabitliyi pozmağa", - o söyləyib.