Modern.az

Tbilisidə rektor seçkiləri ilə bağlı etiraz AKSİYASI

Tbilisidə rektor seçkiləri ilə bağlı etiraz AKSİYASI

Dünya

27 Sentyabr 2023, 14:48

Tbilisi Konservatoriyasının binası yaxınlığında etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

 

Toplaşanlar Gürcüstan Mədəniyyət Nazirliyinin oktyabrın 10-na təyin edilmiş konservatoriya rektoru seçkilərinin ləğvi ilə bağlı qərarına etiraz ediblər.

 

Ölkənin mədəniyyət naziri Tea Tsulukiani prosesin ciddi qanun pozuntuları ilə həyata keçirildiyini bildirərək seçkiləri ləğv edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...