Modern.az

Ukrayna müharibədə qalib gəlməlidir - Pistorius

Ukrayna müharibədə qalib gəlməlidir - Pistorius

Dünya

27 Sentyabr 2023, 15:18

"Ukrayna müharibədə qalib gəlməlidir, o, həm də qələbənin parametrlərini müəyyən edir".

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

 

O, Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyin davamlı olduğunu təsdiqləyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!