Modern.az

Ukraynada döyüşmək üçün "Xəzər" batalyonu yaradılır

Ukraynada döyüşmək üçün

Dünya

27 Sentyabr 2023, 22:40

Dağıstanda Ukraynada gedən müharibədə iştirak etmək üçün "Xəzər" adlı könüllü batalyonu yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Sergey Melikov özünün "Telegram" kanalında məlumat yayıb.

 

Onun sözlərinə görə, artıq bir çox dağıstanlı könüllü kimi döyüşlərdə iştirak edir.

 

“Əminəm ki, Xəzər könüllü batalyonunun gələcək döyüşçüləri əsl vətənpərvərlik və Vətənə fədakar xidmət nümunəsi olacaqlar”, - deyə Məlikov videomüraciətində bildirib.

 

Hazırda Başqırdıstan, Kursk, Nijni Novqorod, Novosibirsk vilayətləri, Yakutiya, Primorsk diyarı və Kareliyanın rəhbərləri tərəfindən könüllü birləşmələr yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu