Modern.az

Ərdoğan 10 ildən sonra ilk dəfə bu səfiri qəbul etdi

Ərdoğan 10 ildən sonra ilk dəfə bu səfiri qəbul etdi

Dünya

27 Sentyabr 2023, 23:25

Misirin Ankaradakı səfiri Əmir Süleyman Abdülməcid əl-Hamami etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb.

 

Diplomat 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.

 

O, əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib.

 

Qeyd edək ki, Misir sonuncu dəfə 10 il əvvəl Türkiyəyə səfir göndərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır