Modern.az

Putin Kadırovla görüşdü - VİDEO

Putin Kadırovla görüşdü - VİDEO

Dünya

28 Sentyabr 2023, 14:36

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovla görüşüb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov faktı təsdiqləyib.

 

Putin respublika rəhbərinin və komandasının regionun dinamik inkişafına şəxsi töhfəsini müsbət qiymətləndirib.

 

"Ramzan Axmatoviç, biz respublikadakı vəziyyət haqqında danışmağa razılaşdıq: iqtisadiyyatda, sosial sferada. Ümumiyyətlə, dinamika müsbətdir, bu, böyük ölçüdə sizin sayənizdə baş verir, komandanız, insanlar inamla işləyirlər. Həmçinin Rusiya Federasiyası hökuməti ilə yaxşı qarşılıqlı fəaliyyət sayəsində”, - Rusiya prezidenti deyib.

 

Qeyd edək ki, bundan əvvəl Kadırovun vəziyyətinin pisləşdiyi, hətta öldüyü barədə məlumatlar yayılmışdı.

 

 

Bu xəbər ilə bağlı
Kadırov müəmması: Başına nə gəlib? - İCMAL
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu