Modern.az

Ermənipərəst senatorun yerinə o seçildi

Ermənipərəst senatorun yerinə o seçildi

Dünya

29 Sentyabr 2023, 00:34

Xəbər verdiyimiz kimi, rüşvət almaqda ittiham olunan ermənipərəst senator Bob Menendez ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib.

 

Modern.az bildirir ki, komitənin yeni sədri demokrat senator Ben Kardin seçilib.

 

Merilend ştatından olan Kardin əvvələr Nümayəndələr Palatasının üzvü, 2007-ci ildən ksə Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub.

 

Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrinin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verildiyi iddia edilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendezə rüşvət verdiyi bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu