Modern.az

Qırğızıstanda güclü ZƏLZƏLƏ

Qırğızıstanda güclü ZƏLZƏLƏ

Dünya

1 Oktyabr 2023, 08:58

Qırğızıstan ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.

 

Zəlzələ Qazaxıstanın ən iri şəhərində 2-3 bal civarında hiss olunub.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı