Modern.az

Britaniya Ukraynaya hərbi təlimatçılar GÖNDƏRƏCƏK

Britaniya Ukraynaya hərbi təlimatçılar GÖNDƏRƏCƏK

Dünya

1 Oktyabr 2023, 12:50

Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps ölkəsinin ukraynalı hərbçilər üçün hazırlıq proqramını genişləndirəcəyini, təlim və hərbi texnika istehsalını Ukraynaya köçürəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə müdafiə naziri “The Telegraph”a müsahibəsində deyib.

 

London Böyük Britaniya və digər Qərb ölkələrində Ukrayna Silahlı Qüvvələrinin təlimini tamamlamaq üçün Ukraynaya hərbi təlimatçılar göndərmək istəyir.

 

Qəzetə müsahibəsində Şepps hərbi rəhbərliklə “daha ​​çox təlim və hərbi texnika istehsalının” Ukraynaya köçürülməsi ilə bağlı danışıqlar apardığını söyləyib.

 

O həmçinin Britaniya müdafiə şirkətlərini Ukraynada fabriklər açmağa çağırıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu