Modern.az

Slovakiya seçkiləri: Rusiyameyilli partiya qalib gəldi 

Slovakiya seçkiləri: Rusiyameyilli partiya qalib gəldi 

Dünya

1 Oktyabr 2023, 10:48

Slovakiyada dünən baş tutan parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, seçkilərdə Rusiyameyilli və anti-qərb çıxışları ilə tanınan Robert Fiko birinci yeri tutub.

 

Səslərin təxminən 96%-i hesablanıb və bu nəticələrə görə Fikonun rəhbərlik etdiyi SMER-Sosial Demokratiya partiyası 23 faizdən çox səs toplayıb.

 

Slovakiyada hazırda hakimiyyətdə olan SP (Mütərəqqi Slovakiya) partiyası 16.5% səs qazanıb. Ümumilikdə 7 partiya 5%-lik seçki baryerini keçib. Heç bir partiya mütləq səs çoxluğu qazana bilmədiyi üçün partiyalar koalisa qurmaq üçün danışıqlar aparacaq.

 

Fəhlə ailəsində anadan olan Fiko 1986-cı ildə hüquq fakültəsini bitirib və o zaman hakim Kommunist partiyasına qoşulub. 1989-cu ildə kommunist hakimiyyətinin süqutundan sonra o, hökumətdə hüquqşünas kimi çalışıb, Kommunist partiyasının siyahısından parlamentdə yer qazanıb və Avropa İnsan Haqları Məhkəməsində Slovakiyanı təmsil edib. Fiko 1999-cu ildən SMER-Sosial Demokratiya partiyasını idarə edir.

 

Robert Fiko Ukraynaya yardımın əleyhinədir, sülh danışıqlarının tərəfdarıdır, həmçinin NATO-nu tənqid edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu