Modern.az

Hakan Fidan Ankaradakı terror cəhdini PİSLƏDİ

Hakan Fidan Ankaradakı terror cəhdini PİSLƏDİ

Dünya

1 Oktyabr 2023, 13:56

“Biz həm Türkiyədə, həm də onun hüdudlarından kənarda terrorla mübarizəni qətiyyətlə davam etdirəcəyik”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

 

Fidan terrora cəhdi pislədiyini, həmçinin xəsarət alan polis əməkdaşlarına şəfa arzuladığını vurğulayıb.

 

Qeyd edək ki, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Ankara Baş Prokurorluğu artıq Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!