Modern.az

Ankaradakı terror aktını bu təşkilat öz üzərinə götürdü

Ankaradakı terror aktını bu təşkilat öz üzərinə götürdü

Dünya

1 Oktyabr 2023, 20:23

Bu gün Ankarada həyata keçirilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə terrorçulara yaxın agentliklər məlumat yayıb.

 

Terrorçular hücumun özləri tərəfindən həyata keçirildiyini bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin binasına 2 terrorçu hücum edib. Terrorçulardan biri binanın girişində özünü partladıb, digəri zərərsizləşdirilib. Hücum zamanı 2 polis yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!