Modern.az

Gecə klubunda yanğın: 13 nəfər öldü

Gecə klubunda yanğın: 13 nəfər öldü

Dünya

1 Oktyabr 2023, 21:58

İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində yerləşən gecə klubunda yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti yazıb.

 

Məlumata görə, 13 nəfər tüstüdən boğularaq ölüb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib. 14 nəfər hələ də itkin düşmüş hesab edilir.

 

“Fonda Milagros” klubunda yerli vaxtla səhər saat 6:00 radələrində başlayan yanğın daha sonra iki qonşu kluba keçib. “Fonda Milagros”un binasının damının uçması yanğınsöndürmə və axtarış-xilasetmə işlərini çətinləşdirib.

 

Şəhərin meri Xose Ballesta həlak olanlar üçün üç günlük matəm elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu