Slovakiyanın qərbində yerləşən Senitsa şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin ekipaj üzvləri (iki nəfər) həlak olub.
Məlumata görə, qəzaya səbəb pilotun idarəetməni itirməsi olub.