"Ukraynada F-16 qırıcılarında təlim keçmək üçün yeni hərbi pilot qrupları yaradılır, bəzi pilotlar artıq bu təyyarə modelinin uçuş simulyatorlarında təhsil alırlar".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
"Əlbəttə ki, yeni qruplar yaradılır. Burada pilotlar ingilis dilini öyrənmək və simulyatorların köməyi ilə F-16-ya uyğunlaşmaq üçün "ev tapşırıqlarını" yerinə yetirirlər", - İqnat qeyd edib.
Onun sözlərinə görə, bu, ictimai olmayan məlumatdır və tərəfdaşlar bu barədə çox danışmaq istəmirlər, sadəcə olaraq öz işlərini görürlər: "Və bizim pilotlarımız öyrənirlər. Ona görə də onlar artıq aviasiya simulyatorlarında uçurlar. Bu, əslində gerçək təyyarədir. Növbəti mərhələ müvafiq olaraq, real təyyarələrdə təlimatçı ilə uçuşlardır".