Modern.az

Rusiyalı iş adamlarının sərvətləri - Osmanovdan Ələkbərova...

Rusiyalı iş adamlarının sərvətləri - Osmanovdan Ələkbərova...

Dünya

2 Oktyabr 2023, 14:56

Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 21.13 milyard dollar artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"in son məlumatlarında qeyd olunub.

 

Rusiyalı iş adamları arasında reytinqdə birinci olan Vladimir Potanindir. İl ərzində ən böyük itkini isə Süleyman Kərimov verib.


Norilsk Nikel şirkətinin sahibi Vladimir Potanin rusiyalı iş adamları arasında ən zəngini olaraq qalır. İlin əvvəlindən onun sərvəti 210 milyon dollar azalaraq 28.4 milyard dollar təşkil edib.İkinci yerdə “Novatek”in sahiblərindən olan Leonid Mixelson qərarlaşıb: onun sərvəti 2.68 milyard dollar artaraq 27.3 milyard dollar olub.

 

Vladimir Lisin sərvətini 3.42 milyard dollar artıraraq 23.3 milyard dollara çatdırıb. O, reytinqdə üçüncü yerdədir. LUKOIL-un təsisçisi Vahid Ələkbərov ilin əvvəlindən 6.4 milyard dollar qazanaraq sərvətini 21.8 milyard dollara çatdırıb. O, rusiyalı iş adamları arasında dördüncü yerdədir.

 

Beşinci yerdə 233 milyon dollar itirmiş Əlişir Usmanov (“Metalloinvest”, “Megafon”) qərarlaşıb. Onun sərvəti hazırda 18.2 milyard dollar qiymətləndirilir. Altıncı yerdə “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov qərarlaşıb, onun sərvəti 520 milyon dollar artıb.

 

Andrey Melniçenko 3.04 milyard dollar qazanıb, hazırda sərvəti 16.2 milyard dollardır. O, siyahıda yeddinci yerdədir. Reytinqdə səkkizinci yeri Gennadi Timçenko tutur. Onun sərvəti ilin əvvəlindən 2.74 milyard dollar artaraq 14.6 milyard dollara çatıb.

 

Siyahıda doqquzuncu yerdə "Onexim" qrupunun yaradıcısı Mixail Proxorov qərarlaşıb. Onun sərvəti 1.08 milyard dollar artaraq, hazırda 14.3 milyard dollar təşkil edir. Onuncu yerdə “Alfa Group”un yaradıcısı Mixail Fridman qərarlaşıb. Onun sərvəti ilin əvvəlindən 808 milyon dollar artıb və hazırda 12.1 milyard dollar təşkil edir.

 

Bu il ən böyük itki ilə Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimov üzləşib - onun sərvəti 1.48 milyard dollar azalaraq 7.52 milyard dollara düşüb.


2022-ci ildə ən varlı ruslar, Bloomberg-in məlumatına görə, demək olar ki, 94 milyard dollar itiriblər.Fevralın 24-də Ukraynada hərbi əməliyyatların başladığı gün onlar ümumilikdə 46,6 milyard dollar, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra isə daha 47 milyard dollar itiriblər.

2012-ci ilin mart ayının əvvəlindən Bloomberg müntəzəm olaraq dünyanın 500 ən varlı adamının sərvəti haqqında məlumat verən Bloomberg Milyarderlər İndeksini dərc edir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu