Modern.az

ABŞ rəsmisi: Lavrov nadir halda düz deyib

ABŞ rəsmisi: Lavrov nadir halda düz deyib

Dünya

2 Oktyabr 2023, 17:28

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin dünyadakı yerini nadir halda dürüst qiymətləndirib".

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter Vyanada Daimi Şuranın iclasında deyib.

 

"Belə ki, Lavrov deyib: “Hər şey yaxşıdır, biz sadəcə təcriddən əziyyət çəkirik”. O haqlıdır. Biz bir daha Moskvanı qoşunlarını Rusiya Federasiyası ərazisinə çəkməyə çağırırıq. Helsinki prinsipləri naminə deyilsə, heç olmasa rusların gənc nəsli naminə. Rusiya nəhəng bir ölkədir, 11 saat qurşağını əhatə edir, nəhəng əraziyə malikdir. Başqa bir ölkənin ərazisini ilhaq etmək cəhdində bu zorakılığı davam etdirməyə ehtiyac yoxdur. Qətllərin və soyğunların davam etdirilməsi Rusiyanı güclü etməyəcək, əksinə, yalnız ehtiyatlarının tükənməsinə və dünya səhnəsində təcrid olunmasına gətirib çıxarır", - o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu