Modern.az

Rusiyaya qarşı yeni SANKSİYALAR

Rusiyaya qarşı yeni SANKSİYALAR

Dünya

2 Oktyabr 2023, 21:50

Norveç Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi 11-ci sanksiyalar paketinə qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Sanksiyalar aviasiya və kosmik sənaye məhsullarına aiddir və “Rusiyanın hərbi-texnoloji və ya təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək” malların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur.

 

“Ukrayna ilə həmrəylik əlaməti olaraq biz Aİ-nin bütün sanksiya paketlərini dəstəklədik. 11-ci sanksiya paketi mövcud məhdudiyyətləri gücləndirməyə və onlardan yayınma ilə mübarizəyə yönəlib. Bu, çox vacibdir, çünki Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi pul axınının dayandırılması təcilidir”, - Norveçin xarici işlər naziri Anniken Huitfeldt deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu