Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Yardım paketinə hərbi maşınlar və pilotsuz uçuş aparatları (PUA) daxildir.
Siyahıya daxildir:
- 14 ədəd "Bandvagn 206" ərazi nəqliyyat vasitəsi;
- "Vector" PUA-ları üçün ehtiyat hissələri;
- "Biber" körpüsalam maşın:
- "Leopard" tankları üçün radio stansiyaları;
- 2 WiSENT 1 MC mühəndis maşını;
- 7 ədəd HX81 traktoru və onlar üçün 8 ədəd qoşqu;
- 21 sərhəd təhlükəsizliyi avtomobili;
- 99 peyk rabitə terminalı;
- 20 min qoruyucu eynək;
- 239 kriptofon;
- qumbaraatanlar üçün təxminən 33 min 40 mm-lik sursat;
- 1202 infuziya nasosları (tibbi avadanlıq).