Modern.az

Zelenski Paşinyanla ilk görüşündə nələrdən danışdı...

Zelenski Paşinyanla ilk görüşündə nələrdən danışdı...

Dünya

5 Oktyabr 2023, 17:20

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski və Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada qısa görüş keçirib.

 

Modern.az xəbər verir ki, Zelenski görüş barədə özünün "X" hesabında paylaşım edib.

 

O, görüş zamanı Cənubi Qafqazın təhlükəsizliyi barədə müzakirələr aparıldığını bildirib.

 

“Ermənistanın baş naziri ilə ilk görüşümüz zamanı diqqətimizi Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinə yönəltdik, Ukrayna regionun sabitliyində və xalqlarla dostluq münasibətlərində maraqlıdır. Biz həmçinin ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələrimizi müzakirə etdik”, - Zelenski yazıb.

 

Xatırladaq ki, dünən Zelenski ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu