Modern.az

Əhmədinejatın xaricə çıxışına qadağa qoyuldu

Əhmədinejatın xaricə çıxışına qadağa qoyuldu

Dünya

5 Oktyabr 2023, 17:08

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın xaricə çıxışına qadağa qoyulub.

 

Modern.az xəbər verir ki, məlumatı ona yaxın informasiya kanalı yayıb.

 

Bildirilib ki, M.Əhmədinejatın Qvatemalaya səfərinin qarşısı alınıb. Məlumata görə, hava limanında onun pasportu müsadirə edilib.

 

İnformasiyaya əsasən, keçmiş prezident pasportunun qaytarılaraq Qvatemalaya səfər etməsi üçün uyğun qərarın qəbul ediləcəyini gözləyir.

 

Qeyd edək ki, o, 2005-2013-cü illərdə İranın prezidenti olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...