Modern.az

Rusiya Ukraynada ərzaq mağazasını bombaladı - 49 ölü

Rusiya Ukraynada ərzaq mağazasını bombaladı - 49 ölü

Dünya

5 Oktyabr 2023, 17:28

Rusiya ordusu Ukraynanın şimal-şərqindəki Xarkov vilayətində yerləşən Qroza kəndinə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov məlumat verib.

 

Raketlər kafe və ərzaq mağazasına dəyib. İlkin məlumata görə, 49 nəfər həlak olub, onlardan biri azyaşlıdır. "Xilasedicilər ərazidə işlərini davam etdirirlər", - o qeyd edib.

 

İspaniyada Avropa liderləri ilə sammitdə iştirak edən prezident Volodimir Zelenski bildirib ki, Rusiya terroru dayandırılmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır