Modern.az

Qranadada dördtərəfli görüş keçirildi 

Qranadada dördtərəfli görüş keçirildi 

Dünya

5 Oktyabr 2023, 19:11

Ermənistan Baş naziri Nikol Paşinyan İspaniyada Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.

 

Modern.az xəbər verir ki, dördtərəfli görüş Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində baş tutub.

 

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!