Modern.az

Rusiyada 150 nəfər sudan ZƏHƏRLƏNİB

Rusiyada 150 nəfər sudan ZƏHƏRLƏNİB

Dünya

6 Oktyabr 2023, 07:56

Sentyabrın əvvəlində Qaraçay-Çərkəzin (KÇR) Ust-Cequtinski rayonunda 150-dən çox insan, o cümlədən 121 uşaq kran suyundan zəhərlənib.

 

Modern.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahının Müdafiəsi Sahəsində Nəzarət Federal Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Ust-Cequtinski rayonunun dörd yaşayış məntəqəsində kəskin bağırsaq infeksiyasının kütləvi xəstəliyi ilə bağlı epidemioloji araşdırma aparılıb. Aparılan epidemioloji araşdırmalar zamanı 151 nəfərdə xəstəliyin səbəb-nəticə əlaqəsi müəyyən edilib, onlardan 126-sı 17 yaşadək uşaqlardır.

Zəhərlənmənin mənbəyinin Ust-Cequtinski su təchizatı sistemindən əhaliyə verilən içməli su olduğu müəyyənləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!