Modern.az

İran İsrailə qarşı HƏMAS-ı dəstəklədi

İran İsrailə qarşı HƏMAS-ı dəstəklədi

Dünya

7 Oktyabr 2023, 17:44

İranın ali dini lideri Əli Xamneyinin müşaviri, general Rəhim Səfəvi Fələstinin HƏMAS hərəkatının hərəkətlərini dəstəklədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Isna" agentliyi məlumat yayıb.

 

O, HƏMAS-ın hücumunu Əl-Əqsa Tufanı əməliyyatı adlandırıb və fələstinli döyüşçüləri bu əməliyyatın başlaması münasibətilə təbrik edib.

 

General İranın fələstinlilərin yanında olacağını vurğulayıb.

 

İranın sabiq xarici işlər naziri Cavad Zərif də fələstinliləri, eləcə də bölgədəki bütün “antisionist müqavimət hərəkatlarını” İsraildə “hərbi əməliyyata” başlaması münasibətilə təbrik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu