Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib.
Qeyd edək ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.
***
09:49
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.
Modern.az xəbər verir ki, bu barədə AFP “Taliban” hökumətinin nümayəndəsi Bilal Kərimə istinadən bildirib.
“Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur”, - o deyib.
***
09:15
Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.
Modern.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.
Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.
***
23:57 (07.10.2023)
Əfqanıstanın Herat vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 215-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, yaralıların sayı 1000-i keçib.
Taliban hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik Heratın Zindecan rayonunda 7 kəndin zəlzələ nəticəsində ciddi ziyan gördüyünü və itkilərin sayının artdığını qeyd edib.
ABŞ Geoloji Xidmətindən (USGS) bildirilib ki, səhər saat 11.00-a olan məlumata görə, Heratda 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3 bal gücündə zəlzələlər qeydə alınıb. Əfqanıstanın İranla sərhədində 4,8, sonra isə 4,9 bal gücündə bir çox zəlzələ baş verib.