Modern.az

“Dəmir Qılınclar” əməliyyatının ilk mərhələsi TAMAMLANDI

“Dəmir Qılınclar” əməliyyatının ilk mərhələsi TAMAMLANDI

Dünya

8 Oktyabr 2023, 09:08

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri “X” hesabında bildirib.

 

“Birinci mərhələ bu saatlarda ərazimizə daxil olmuş düşmən qüvvələrinin böyük əksəriyyətinin məhv edilməsi ilə başa çatıb”, - deyə Benyamin Netanyahu vurğulayıb.

 

O, həmçinin qarşıya qoyulan məqsədlərə çatana qədər hücumların davam edəcəyini bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...