Modern.az

“Google” Kanada mediasına girişi bloklaya bilər

“Google” Kanada mediasına girişi bloklaya bilər

Dünya

8 Oktyabr 2023, 09:40

"Meta" şirkəti “Google” axtarış sisteminin dekabrdan etibarən Kanada mediasına girişi bloklaya biləcəyi barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, buna səbəb Kanadada bir neçə ay əvvəl qəbul edilən qanun olub.

 

Qanuna əsasən, axtarış sistemləri xəbərlərini paylaşdığı media orqanlarına ödəniş etməlidir. Qərar dekabrda qüvvəyə minəcək.

 

Qeyd edək ki, "Meta" şirkəti ötən ay Kanada hökumətinə qanuna dəyişiklik etməklə bağlı təklif verib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır