Modern.az

Xerson atəşə tutuldu - 11 yaralı

Xerson atəşə tutuldu - 11 yaralı

Dünya

8 Oktyabr 2023, 11:04

Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərini yaşayış məhəllələrini atəşə tutması nəticəsində bir körpə olmaqla 11 nəfər yaralanıb.

 

Modern.az Xerson Vilayət Dövlət Administrasiyası teleqram kanalına istinadən xəbər verir ki, gecə saatlarında Xersonun yaşayış məhəllələri dəfələrlə işğalçılar tərəfindən atəşə tutulub.

 

Evlərə, avtomobillərə, qazpaylayıcı şəbəkələrə ziyan dəyib. Bəzi mərmilər partlamayıb, onlar daha sonra xilasedicilər tərəfindən zərərsizləşdirilib. 9 aylıq körpə daxil olmaqla 11 nəfər yaralanıb.

 

Yaralılar arasında Qızıl Xaç Cəmiyyətinin 33 yaşlı həkimi də var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu