Modern.az

İsrailə hücumda ölənlərin sayı 600-ə yüksəldi - YENİLƏNİB

İsrailə hücumda ölənlərin sayı 600-ə yüksəldi - YENİLƏNİB

Dünya

8 Oktyabr 2023, 16:12

İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.

 

Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb.

 

***

15:12

 


İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 400-ə yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

 

Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilənlərdən 350-sinin vəziyyəti ağırdır.

 

***

11:19

 

İsraildə Fələstinin HƏMƏS terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 800 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu