İsrail Müdafiə Qüvvələri Qəzza zolağında çoxmərtəbəli binanın altında Fələstinin Həmas hərəkatının istifadə etdiyi tunelə zərbə endirdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir.
“Məscid tunelin yanında yerləşir və bu, HƏMAS-ın qəsdən mülki ərazilərə hərbi infrastrukturunu yerləşdirdiyini bir daha sübut edir”, - açıqlamada bildirilir.
Qeyd edək ki, Qəzza zolağında tunel şəbəkəsinin tikintisinə 2010-cu ildə başlanılıb. Şəbəkənin ümumi uzunluğu 400–500 km, dərinliyi isə 35 metrə çatır. Qəzza zolağındakı tunellər silah qaçaqmalçılığı (Qəzza ilə Misir arasında), müdafiə (onlarda komanda mərkəzləri və silah arsenalları yerləşir) və terror hücumları üçün nəzərdə tutulub.