Modern.az

ABŞ Yaxın Şərqə qırıcılar göndərir

ABŞ Yaxın Şərqə qırıcılar göndərir

Dünya

9 Oktyabr 2023, 08:55

ABŞ Qəzza zolağı ətrafında gərginliyin hökm sürdüyü bir vaxtda Yaxın Şərqə əlavə 20-25 “F-35” və “F-15” qırıcıları göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Qeyd edilib ki, qırıcıların göndərilməsində məqsəd İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların artmasının qarşısını almaqdır.

 

Müdafiə naziri Lloyd Austin bölgədə ABŞ aviasiyasını gücləndirmək planlarını açıqlayıb, lakin o, Yaxın Şərqə neçə təyyarənin göndəriləcəyini dəqiqləşdirməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu