Modern.az

İsrail kəşfiyyatının HƏMAS-ın hücum hazırlığından xəbəri olmayıb - NYT

İsrail kəşfiyyatının HƏMAS-ın hücum hazırlığından xəbəri olmayıb - NYT

Dünya

9 Oktyabr 2023, 10:40

İsrail kəşfiyyatının HƏMAS-ın hücuma hazırlaşdığı barədə məlumatı olmayıb.

 

Modern.az xəbər verir ki, bunu ABŞ və İsrail rəsmiləri "The New York Times"a bildiriblər.

 

Onlar bunu kəşfiyyat uğursuzluğu adlandırıblar. Nəşr yazıb ki, HƏMAS İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemini “yatırmağa” nail olub.

 

NYT qeyd edib ki, sistem "ucuz, lakin ölümcül raketlər yağışı" ilə həddən artıq yüklənib. Avadanlıqların "yaşlı" olması da vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı