"Azərbaycan Prezidenti ilə möhtəşəm görüşümüz oldu".
Modern.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili X-də yazıb.
"Gürcüstan və Azərbaycan əlaqələri gücləndirməyə və iqtisadi böyüməni təşviq etməyə fokuslanıb. Xalqımıza faydalı olması üçün ticarət, energetika, davamlılıq və infrastrukturun inkişafı sahələrində birgə fürsətləri araşdırırıq. Gürcüstanın bölgədə qalıcı sülh və sabitliyə verdiyi dəstək bir daha ifadə olundu", - o bildirib.
Qeyd edək ki, dünən İlham Əliyev Gürcüstana səfər etmişdi.
Great meeting with @presidentaz. ??&??are focused on strengthening ties & fostering economic growth. We’re exploring joint opps in trade, energy, sustainable & infrastructure development to benefit our people. Reiterated ??'s support to lasting peace & stability in the region. pic.twitter.com/hdFt3laufc
— Irakli Garibashvili (@GharibashviliGe) October 9, 2023