Modern.az

İtaliya İsraildəki vətəndaşlarını təxliyə etdi

İtaliya İsraildəki vətəndaşlarını təxliyə etdi

Dünya

9 Oktyabr 2023, 13:16

İtaliya vətəndaşları İsraildən təxliyə olunub.

 

Modern.az xəbər verir ki, İtaliya vətəndaşları iki təyyarə ilə paytaxt Romadakı “Fiumicino” beynəlxalq hava limanına və Milandakı “Malpensa” aeroportuna gətirilib. Onların arasında turistlər, zəvvarlar və könüllülər var.

 

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Təl-Əvivdəki səfirliyin, Qüdsdəki konsulluğun, eləcə də nazirliyin Böhran bölməsinin hadisələri və italyanların vəziyyətini diqqətlə izlədiyini deyib. Qeyd edib ki, İtaliya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür. Bu vaxtadək İsraildəki İtaliya vətəndaşları ilə bağlı hər hansı “mənfi xəbər” alınmayıb.

 

Digər İtaliya vətəndaşlarının İsraildən təxliyəsi üçün işlərin davam etdiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı