Modern.az

Kremldən Fələstin-İsrail gərginliyinə REAKSİYA

Kremldən Fələstin-İsrail gərginliyinə REAKSİYA

Dünya

9 Oktyabr 2023, 14:04

"İsraildəki vəziyyət Kremli dərindən narahat edir və proses artan eskalasiya yolu ilə inkişaf edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Qəzzadakı humanitar vəziyyət Rusiya Federasiyası üçün "ciddi narahatlıqdan daha çox narahatlıq" yaradır", - o bildirib.

 

Peskov ABŞ donanmasının regionda hərəkətini şərh edərkən qeyd edib ki, İsraildəki vəziyyətə üçüncü qüvvələrin cəlb edilməsində böyük artım var. Sözçü əvvəllər Rusiya Federasiyasını tərk etmiş rusların İsraildən qayıtması ilə bağlı söyləyib ki, Rusiya heç vaxt öz vətəndaşlarını təhdid etmir.

 

"Ukraynalılar prezident seçkiləri məsələsini özləri həll etməlidirlər", - o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu