Modern.az

Zelenski NATO PA-da çıxış etdi - Nələr dedi...

Zelenski NATO PA-da çıxış etdi - Nələr dedi...

Dünya

9 Oktyabr 2023, 17:16

Ukrayna Prezidenti Volodimir Zelenski NATO Parlament Assambleyasının Kopenhagendə keçirilən plenar iclasında çıxış edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

"Bəzən terrorçu liderlər deyirlər ki, beynəlxalq nizam hansı qaydalara əsaslanır? Görünür, başa düşmürlər.
Bunlar çox sadə qaydalardır. Qadınları zorlamayın. öldürməyin. Uşaqlara kubok kimi yanaşmayın. Şəhərləri, kəndləri qanla doldurmayın, mülki insanların olduğu maşınlara atəş açmayın. Raket və dronlarla dinc şəhərlərə hücum etməyin. Və daha bir qayda: istənilən şəraitdə terrorçular və onlara kömək edən hər kəs ədalət qarşısında cavab verməlidirlər. Həyatın və beynəlxalq hüququn qorunmasında hər kəs fəal olmalıdır! Terrora heç bir şans verilməməlidir", - deyə o çıxışında bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!