İsraildəki hadisələr Ukraynaya yardıma təsir etməyəcək.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, Ukraynaya qarşı müharibəsində Rusiya istənilən beynəlxalq hadisələrdən faydalanmağa çalışır, lakin heç bir şey Aİ-nin Ukraynaya dəstəyinə heç bir şəkildə təsir etməyəcək.
Yaxın Şərqdə münaqişənin gərginləşməsinin Ukraynaya yardıma təsir göstərəcəyinə inanmağa əsas olub-olmaması ilə bağlı qeyd olunub ki, buna zərrə qədər şübhə ola bilməz.
Xatırladaq ki, Fələstin-İsrail qarşıdurması davam etməkdədir.