Modern.az

Azərbaycan Ukraynaya nə qədər humanitar yardım göndərib...

Azərbaycan Ukraynaya nə qədər humanitar yardım göndərib...

Dünya

9 Oktyabr 2023, 19:53

Ötən il müharibənin başlamasından bəri Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün 10 humanitar yardım göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, bu ilin sonuna qədər yeni yardım partiyasının tədarükü gözlənilir.

 

Ukraynanın energetika naziri German Qaluşenko və Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev neft-qaz sənayesində əməkdaşlığı, xüsusən də ehtiyatların saxlanması və tranziti məsələsini müzakirə ediblər.

 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!