Modern.az

Ərdoğan Fələstin lideri ilə nələri müzakirə etdi

Ərdoğan Fələstin lideri ilə nələri müzakirə etdi

Dünya

9 Oktyabr 2023, 20:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin Prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığına görə Nazirlər Kabinetinin iclasına fasilə verilib.

 

Liderlər İsrail və Fələstində baş verən hadisələr, eləcə də regiondakı gərginliklə bağlı son vəziyyəti müzakirə ediblər.

 

Ərdoğan Türkiyənin regional münaqişələrin qısa müddətdə başa çatması və sülhün təmin olunması üçün hər cür səy göstərdiyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı