NATO-nun 10 dövləti alyansın inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini genişləndirir.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.
"NATO-nun on ölkəsinin müdafiə nazirləri Almaniyanın rəhbərlik etdiyi "Avropa Səma Qalxanı" təşəbbüsünü inkişaf etdirmək üçün anlaşma memorandumu imzalayıblar. Bu təşəbbüs hava hücumundan müdafiə sistemləri və raketlərin birgə alınması yolu ilə Avropanın hava və raket hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır”, - məlumatda deyilir.
Sənədə əsasən Almaniya “Avropa Göy Qalxanı” layihəsində aparıcı rol oynayır. Belçika, Macarıstan, Danimarka, Latviya, Litva, Niderland, Sloveniya, Çexiya və Estoniya da bu layihədə iştirak edir.
NATO hansı istehsalçıların sistemlərini alacaqlarını dəqiqləşdirməyib.