Ukrayna prezidenti Volodimir Zelenski İsrailə səfər etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Axios" portalı hər iki ölkənin rəsmilərinə istinadən məlumat yayıb.
Səfər İsrail ordusu ilə HƏMAS hərəkatı arasında döyüşlər fonunda həmrəylik əlaməti olaraq baş tuta bilər.
Nəşrin məlumatına görə, Zelenskinin ofisi İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə rəsmi sorğu göndərib və o, səfərin əlaqələndirilməsini istəyib. Tarix hələlik məlum deyil.
Məqalədə deyilir ki, HƏMAS İsrail ərazisinə hücum etməyə başladıqdan sonra Zelenski Benyamin Netanyahuya zəng edən ilk dünya liderlərindən biri olub. Daha sonra Ukrayna prezidenti dünya ictimaiyyətini İsraili dəstəkləməyə çağırıb.