Modern.az

İsrail "İslami Cihad"ın liderlərindən birini öldürüb

İsrail

Dünya

12 Oktyabr 2023, 08:55

Fələstinin "İslami Cihad" qruplaşmasının yüksək rütbəli lideri Musa Nasir Qəzza zolağının şimalında öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı yazıb.

 

Bildirilir ki, o, İsrailin hücumu nəticəsində ölüb.

 

 

Qeyd edək ki, oktyabrın 7-də "İslami Cihad" İsrailə qarşı hücumda HƏMAS hərəkatına qoşulduğunu elan edib. Oktyabrın 9-da qruplar Qəzza zolağında mülki İsrail vətəndaşları və hərbçilər də daxil olmaqla azı 130 nəfəri girov saxladıqlarını bildiriblər.

 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyata başlamaqla cavab verib. İsrail ordusu “İslami Cihad”ın əməliyyat komandanlıq mərkəzinə hücum ediblər. KİV-in məlumatına görə, oktyabrın 11-də HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deyfin evinə hücum edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!